İsmayıllı rayon sakini dəniz səviyyəsindən 2200 metr yüksəklikdə Milli qəhrəmanlar Polad Həşimov və Mübariz İbrahimovun xatirəsini əbədiləşdirib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki,İsmayıllı rayonunun Gülya kənd sakini Bağırov Əkbər vətənpərvərlik duyğularını özünəməxsus şəkildə ifadə edib.
O, dəniz səviyyəsindən 2200 metr yüksəklikdə, ucqar dağlıq ərazidə Azərbaycanın igid övladları – General Polad Həşimov və Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsini əbədiləşdirib.
Əkbər Bağırov bu möhtəşəm işi 30-40 santimetrlik portretlər formasında ərsəyə gətirib.
Portretləri İsmayıllı rayonunun istənilən nöqtəsindən baxanda görmək mümkündür. Əkbər Bağırov bu əsəri həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də xalqımızın qəhrəmanlıq ruhunun canlı bir simvolu kimi xarakterizə edib.
Qeyd edək ki, ucqar və əlçatmaz bu əraziyə yalnız atla, bir sutkalıq məsafə qət edərək çatmaq mümkündür.
Bizim.Media, Aran bürosu