Ağdaşda baş verən qəzada dünyasını dəyişənlərin kimliyi məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dünyasını dəyişənlər Sədaqət Ramazanova və 47 yaşlı Elnarə Soltanovadır.
MÖVZU İLƏ BAĞLI:
Ağdaşda avtomobil eyni vaxtda 2 piyadanı vuraraq öldürdü
Qeyd edək ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaş rayonunun Əmirax kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik maşını iki nəfəri vurub. Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.