Qusar rayonunun Əvəcük və Yuxarı Tahircal kəndində elektrik enerjisi infrastrukturunun yenilənməsi istiqamətində görülmüş işlərlə tanışlıq məqsədilə tədbirlər keçirilib.
Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə və digər təşkilatların rəhbərləri, “Azərişıq” ASC-nin Şimal Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Vüqar Kazımov, Qusar Elektrik Şəbəkəsinin rəisi Elxan Alıyev və kəndlərin sakinləri iştirak ediblər.
Tədbirlərdə Sahir Məmmədxanov hər iki kəndin sakinlərini təbrik edib.
Çıxış edən “Azərişıq” ASC-nin Şimal (Xaçmaz) Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Vüqar Kazımov hər iki kənddə sakinləri fasiləsiz və keyfiyyətli enerji ilə təmin etmək məqsədilə görülmüş işlər barədə məlumat verib.
Tədbirlərdə çıxış edən Əvəcük və Yuxarı Tahircal kənd sakinləri kəndlərində elektrik enerjisi infrastrukturunun yenilənməsi istiqamətində görülmüş işlərə görə ölkə başçısı cənab İlham Əliyevə, rayon və “Azərişıq” ASC-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu