Tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin NƏZƏRİNƏ - Xüsusi müsabiqə var

Tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin NƏZƏRİNƏ - Xüsusi müsabiqə var

Hazırda oxunan: Tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin NƏZƏRİNƏ - Xüsusi müsabiqə var

274410

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam və aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə xüsusi müsabiqə davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyinin 2024-cü il 5 aprel tarixli, 3-24/3-1-f-84/2024 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları” na əsasən keçirilir.

Keçirilmiş attestasiya prosesində səs çoxluğu, yəni komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər nazirlik tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək xüsusi müsabiqəyə qatılmaqla yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı əldə edirlər.

Qeydiyyat 3–17 oktyabr tarixlərində Dövlət İmtahan Mərkəzinin portalında aparılacaq.

Ətraflı məlumat Mədəniyyət Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi saytlarında yerləşdirilib.
 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO