Ölkədə yayılan yeni virus TƏŞVİŞİ – Bu şəxslər xüsusi risk ALTINDADIR

Ölkədə yayılan yeni virus TƏŞVİŞİ – Bu şəxslər xüsusi risk ALTINDADIR

Hazırda oxunan: Ölkədə yayılan yeni virus TƏŞVİŞİ – Bu şəxslər xüsusi risk ALTINDADIR

274409

Payız mövsümündə bir çox viruslar aktivləşir. Son günlər insanlar arasında da boğaz, sümük ağrısı, qriplə müşayiət olunan xəstəlik yayılıb. Bir neçə gün sürən xəstəlik tam sağalmır, bir müddət sonra orqanizmdə yenə eyni əlamətlər müşahidə edilir. Koronavirusdan sonra insanlar arasında sürətlə yayılan virus təşvişə səbəb olur. Onlar bu xəstəliyin covıd-19 infeksiyasının hansısa ştammı olduğunu iddia edirlər.

Mövzu barədə Bizim.Media-ya danışan terapevt Rasif Bağırov deyib ki, bunun koronavirus olmadığını qeyd edib:

“Ölkədə virus infeksiyası var.

Amma bu, koronavirus deyil, adi virusdur. Bir neçə adi virusla yanaşı koronavirusun omikron variantının hansısa qolu belə formada fəaliyyətdədirlər. O xəstəliklərin müalicəsinin uzun müddət çəkməsi və çətin getməsi xəstəliyin özü ilə bağlı deyil, müalicənin aparılması ilə bağlıdır. 

İndi ölkənin hamısı tibb bacılarının əlindəki sistemə baxır. Hamı  bir sistem qoşdurmaqla məsələnin bitəcəyini zənn edir. Həmin sistemi qoşduranda xəstəlik sağalmır və uzanır. Bir-iki gün fasilə olur, yenidən temperatur qalxır. Hətta ağırlaşmaya qədər gedir”.

Həkim bidirib ki, virusun çox ağır nəticələrinə rast gəlinmir:

“Sadəcə, yenə də baş verən ağır situasiyalar xəstələrin özündən asılı olur ki, çox gec müraciət edirlər. Demək olar ki, xəstəliyin bəzi yüngül əlamətləri keçir, elə bilirlər ki, hər şey yaxşıdı. Bəzən bir ay keçəndən sonra həkimə müraciət edirlər. 

Ona görə də çox vaxt belə xoşagəlməz hallar baş verir. Adi qripdi, xalq arasında əvvəllər də olub, indi də həmin qripdi. Sadəcə, koronavirusdan sonra insanlar qorxuya düşüb, hamı bunu covid adlandırıb təşviş keçirir. Amma fakt odur ki, koronavirusdakı kimi ölüm halları da yoxdur, yəni adi virusdur”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO