“Bıçaqlanan TƏBİB əməkdaşının keçmiş əri narkotik istifadəçisi idi” - Şirvanda ŞOK ailə dramının TƏFƏRRÜATI/ÖZƏL

“Bıçaqlanan TƏBİB əməkdaşının keçmiş əri narkotik istifadəçisi idi” - Şirvanda ŞOK ailə dramının TƏFƏRRÜATI/ÖZƏL

Hazırda oxunan: “Bıçaqlanan TƏBİB əməkdaşının keçmiş əri narkotik istifadəçisi idi” - Şirvanda ŞOK ailə dramının TƏFƏRRÜATI/ÖZƏL

274366

Xəbər verdiyimiz kimi, ötən gün axşam Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva  keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayev tərəfindən bıçaqlanıb. Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan L.Qanbayeva bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə cərrahi əməliyyat edilib.

Qeyd edək ki,  Lamiyə Qanbayevanı bıçaqlayan Tural Qanbayev sirkə turşusu içərək intihara cəhd edib. O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

Hazırda hər iki şəxsin durumu ağırdır.

Zərərçəkənin yaxınları Bizim.Media-ya hadisənin təfərrüatları ilə bağlı danışıb.

Mənbə bildirib ki, onlar 5 gün öncə rəsmi şəkildə boşanıblar:

“Əslində Lamiyə 5 ay öncə ayrılaraq anasının evində qalmağa başlayıb. Amma 5 gün öncə məhkəmənin qərarı ilə boşanma olub. Hadisə zamanı həm onun uşaqları, həm də qonşuları orada olub, ancaq heç kəs yaxın durub kömək edə bilməyib. Yəni, hadisə Lamiyənin anasının evinin qarşısında baş verib. Tural Qanbayev cinayət hadisəsi zamanı içkili olub. 2 qız övladları azyaşlıdır, 1 və 2-ci sinifdə təhsil alırlar. Çox yerdə 11 bıçaq zərbəsi yazılır, əslində 13 bıçaq zərbəsi vurulub”.

Mənbənin sözlərinə görə cütlüyün boşanma səbəbi Turalın narkotik vasitə istifadəçisi olmasıdır:

“Əslində əvvəldən yola getməyiblər. Lamiyənin anası da Şirvan Şəhər Mərkəzi Xəstəxanasında illərdir mühasib olaraq çalışır. Çox yaxşı ailədirlər, illərdir tanıyıram”.

Mənbə onu da qeyd edib ki, hadisəni törədəndən sonra sirkə turşusu içən Tural Qənbərov Şirvan şəhərindəki gölün ətrafından tapılıb və xəstəxanaya yerləşdirilib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO