Bakıda fəaliyyət göstərən Mərkəzi Univermağın satıcısı həbs edilib.
Bizim.Media xəbər verir ki, həbs edilən Günay Fətalıyeva (soyadı şərtidir) univermağın qızıl şöbəsində satıcı işləyib. O, işlədiyi dövrdə 3 nəfər sahibkarın 80 min manata yaxın qızıl və zinət əşyalarını satsa da, pulları qaytarmayıb, mənimsəyib.
Sahibkarlar məsələ ilə bağlı polisə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə G.Fətalıyeva saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə G.Fətalıyeva 5 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
Bizim.Media