İrandan Rusiyaya "çay" yükündə narkotik aparmaq istədilər – FOTO

İrandan Rusiyaya "çay" yükündə narkotik aparmaq istədilər – FOTO

Hazırda oxunan: İrandan Rusiyaya "çay" yükündə narkotik aparmaq istədilər – FOTO

274316

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılmış kompleks əməliyyat axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyədən çıxarılıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "çay" yükü aparan vaqon "Cənub Astara" gömrük postunun "Astara Dəmir Yolu" gömrük keçid məntəqəsində saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub.

Yoxlama zamanı vaqonda olan "çay" yükünün içərisində gömrük nəzarətindən gizlədilən 20 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 105 kq 800 q narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO