Bakıda həbsdə olan Ruben Vardanyan Rusiyada avtomobil biznesindən tamamilə çıxdı

Bakıda həbsdə olan Ruben Vardanyan Rusiyada avtomobil biznesindən tamamilə çıxdı

Hazırda oxunan: Bakıda həbsdə olan Ruben Vardanyan Rusiyada avtomobil biznesindən tamamilə çıxdı

274314

Hazırda Azərbaycanda həbsdə olan erməni əsilli iş adamı Ruben Vardanyan Rusiyada avtomobil biznesindən tamamilə çıxıb. O, “Atom” elektromobili layihəsindəki payını sataraq layihədən uzaqlaşıb. 

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, Vardanyana məxsus “Vosxod” MMC-dəki 25%-lik pay “Kama” şirkətinin əsas səhmdarına keçib.

Bununla da “Vosxod”un səhmdarları olaraq yalnız KamAZ-ın baş direktoru Sergey Koqoqin (37,5%) və “Spektr” MMC (37,5%) qalıb.

Xatırladaq ki, 2024-cü ilin payızında Vardanyan artıq KamAZ-ın da ortağı olmaqdan çıxmışdı.

Ekspertlərin fikrincə, onun bu addımı mövcud ağır vəziyyəti ilə bağlıdır. Ruben Vardanyan 2023-cü ilin sentyabrında Qarabağda separatçı fəaliyyətinə görə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanılaraq Bakıya gətirilib və hazırda məhkəmə qarşısına çıxarılır.
 

“Kama” şirkəti isə təsdiqləyib ki, “Atom” elektromobilinin kütləvi istehsalına ilin sonunadək “Moskviç” zavodunda başlanacaq. Avtomobilin qiymətinin dövlət dəstəyi olmadan 3–4 milyon rubl aralığında olacağı bildirilir.


Buna baxmayaraq, ekspertlərin çoxu layihəyə qiymətin yüksək olması səbəbindən skeptik yanaşır. Lakin taksi və karşerinqlə məşğul olan şirkətlərin maraq göstərə biləcəyi istisna edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO