Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli şəxs tutulub.
Bu barədə Bizim.Media-ya Şəmkir rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:39 / 07.10.2025
Şəmkirdə arvadını qətlə yetirən şəxs TUTULDU
Hazırda oxunan: Şəmkirdə arvadını qətlə yetirən şəxs TUTULDU
Hazırda oxunan: Şəmkirdə arvadını qətlə yetirən şəxs TUTULDU
274299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.