Xəbər verdiyimiz kimi, Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva xəstəxanaya yerləşdirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
TƏBİB-ən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.
Hazırda onun vəziyyəti orta ağırdır.
Naibə Məmmədova, Bizim.Media