Daha bir rayonda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi YAYILIB

Daha bir rayonda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi YAYILIB

Hazırda oxunan: Daha bir rayonda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi YAYILIB

274285

Cəlilabadda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi yayılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, xəstəlik əsasən Sərhədabad və Adnalı kəndlərində müşahidə olunur.

Sakinlərin sözlərinə görə, virus heyvanların bir yerdə toplaşdığı ərazilərdə sürətlə yayılır.

Hazırda daha çox heyvan alveri ilə məşğul olan təsərrüfatlarda yoluxma halları qeydə alınıb.

Qeyd edək ki, dabaq iti gedişli və yüksək yoluxucu virus xəstəliyidir. Rəsmi qurumlar hələlik məsələyə münasibət bildirməyib.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO