Qubada avtomobil piyadanı vurub. Hadisə Quba-Qusar avtomobil yolunun rayonun Mirzəməmmədkənd kəndindən keçən hissəsində baş verib.
Bizim.Media xəbər verir ki, Süleyman Əliyev idarə etdiyi avtomobillə yolu keçən piyada Şıxseyid Xəlilovu vurub.
Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb və Quba xəstəxanasında vəfat edib.
Faktı Quba polisi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu