DTX tərəfindən saxlanılan Saleh Səmədov barəsində QƏRAR VERİLDİ

DTX tərəfindən saxlanılan Saleh Səmədov barəsində QƏRAR VERİLDİ

Hazırda oxunan: DTX tərəfindən saxlanılan Saleh Səmədov barəsində QƏRAR VERİLDİ

274255

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdim etdiyi vəsatət əsasında qəbul edilib.
 

Məhkəmənin qərarına əsasən, Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.


O, Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (mənimsəmə və ya israf etmə) ittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Bundan əvvəl o, mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilmişdi. Şuranın İdarə Heyətinin məlumatına görə, Səmədov nizamnamə tələblərini kobud şəkildə pozduğu və qurumun adına xələl gətirən hərəkətlərə yol verdiyi üçün həm rəhbərlikdən, həm də Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO