Şəmkirdə ailə münaqişəsi qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1985-ci il təvəllüdlü R. Hacıyeva boğaz nahiyəsinin kəsiyi ilə ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda vəfat edib.
İlkin məlumatlara görə, 40 yaşlı R. Hacıyeva həyatı yoldaşı 54 yaşlı A. Hacıyevdən boşanmaq istəyib.
Bundan sonra tərəflər aralarında münaqişə yaranıb və kişi arvadının boğazını kəsərək onu qətlə yetirib.
Hadisədən sonra qətli törədən şəxsin özünə xəsarət yetirdiyi bildirilir. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, rayon sakini Arif Hacıyev saxlanılıb.
Cütlüyün 3 övladı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu