Gəncədə ölüm və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 4 piyadanı vurub.
Hadisə zamanı ağır xəsarətlər alan 1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən yolda ölüb.
Digər xəsarət alanlar, 2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1987-ci il təvəllüdlü İlahə Məmmədova və 1 yaşlı N.Məmmədov xəstəxanaya yerləşdiliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu