Saç tökülməsinin əsas səbəbləri açıqlandı

Saç tökülməsinin əsas səbəbləri açıqlandı

Hazırda oxunan: Saç tökülməsinin əsas səbəbləri açıqlandı

274169

Gündəlik 100-ə qədər saç telinin tökülməsi normal hesab olunur. Ancaq bu miqdarın artması saç seyrəlməsi kimi problemlərin xəbərçisidir.

Bizim.Media xəbər verir ki, saç tökülməsinin ən çox rast gəlinən səbəbləri arasında genetik amillər, hormonal pozuntular və səhv saç baxımı üsulları dayanır.

Genetik faktorlar: Ən çox müşahidə edilən səbəbdir. Həm kişilərdə, həm də qadınlarda ailəvi tipli saç tökülməsi geniş yayılıb.

Hormonal dəyişikliklər: Tiroid xəstəlikləri, menopoz və polikistik yumurtalıq sindromu kimi hallarda hormonal tarazlıq pozulur və bu, saçların seyrəlməsinə gətirib çıxarır.

Dərman istifadəsi: Kimyaterapiya, tiroid və qan təzyiqi dərmanları, eləcə də bəzi antibiotiklər saç tökülməsini artıra bilər.

Qidalanma və həyat tərzi: Dəmir çatışmazlığı, vitamin azlığı, stres, siqaret və balanssız qidalanma saç köklərini zəiflədir.

Səhv saç baxımı: Saçların çox sıx bağlanması, tez-tez düzləşdirici və kimyəvi maddələrdən istifadə follikullara zərər verir.

Qorunma və müalicə: Mütəxəssislər saç tökülməsinin səbəbinə uyğun müalicə seçilməsini tövsiyə edir. Hormon balansının bərpası, düzgün pəhriz, PRP və mezoterapi kimi prosedurlar saç köklərini gücləndirə bilər. Evdə zeytun, badam və hindqozu yağı ilə edilən masaj da faydalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO