Təzə balığı məsələn, sazan, kərp, ya da ləş təmizləmək çox vaxt yorucu olur, çünki bərk pulcuqları hətta bıçaqla belə çətin çıxır. Amma sadə bir kulinariya hiyləsi var ki, bu prosesi cəmi bir neçə saniyəyə asanlaşdırır.
Bizim.Media bu üsulu təqdim edir:
Sirr: Qaynar su
Bunun üçün balığı mətbəx çanağına qoyun, üstünə qaynar su tökün və dərhal ardınca soyuq su ilə yuyun. Bu temperatur fərqi sayəsində pulcuqlar yumşalır və çox asanlıqla çıxır.
Alətlər
Pulcuqları təmizləmək üçün adi yemək qaşığından istifadə edə bilərsiniz. İstəsəniz, tərəvəz soyacağı da bu işdə əla nəticə verir.
Son Addım
Bütün pulcuqlar təmizləndikdən sonra balığı yaxşıca yuyun artıq bişirməyə hazırdır. Bu üsul həm vaxtınıza, həm də gücünüzə qənaət edəcək və balıq yeməklərinin hazırlanmasını daha ləzzətli hala gətirəcək. (lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:08 / 06.10.2025
Balığı bıçaqsız, saniyələr içində təmizləmək ÜSULU
Hazırda oxunan: Balığı bıçaqsız, saniyələr içində təmizləmək ÜSULU
Hazırda oxunan: Balığı bıçaqsız, saniyələr içində təmizləmək ÜSULU
274163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.