Qədimliyi və müasirliyi birləşdirən Mərkəzi PARK – Tarixi abidələr BƏRPA OLUNACAQ – FOTO

Qədimliyi və müasirliyi birləşdirən Mərkəzi PARK – Tarixi abidələr BƏRPA OLUNACAQ – FOTO

Hazırda oxunan: Qədimliyi və müasirliyi birləşdirən Mərkəzi PARK – Tarixi abidələr BƏRPA OLUNACAQ – FOTO

274160

Son illərdə Bakı şəhərinin yenidən qurulması, yaşıllıq sahələrinin artırılması məqsədilə mütəmadi işlər aparılır. Xüsusilə də, 2023-cü ilin dekabrında “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”ın təsdiqlənməsindən sonra ictimai məkanların yaradılması və ekoloji dayanıqlığın təmin olunması əsas prioritet istiqamətə çevrilib. Görülən tədbirlə çərçivəsində Bakı şəhərində tarixi və mədəni irsin qorunmasına da xüsusi diqqət yetirilir.

Hazırda paytaxtın bir sıra ərazilərində Baş plana uyğun olaraq müvafiq işlər aparılır. Bu istiqamətdə ən diqqətçəkən layihələrdən biri də Mərkəzi Parkın genişləndirilməsidir.

Tarixi abidələrin mühafizəsi

Mərkəzi Parkın genişləndirilməsi layihəsində tarixi və mədəni irsin qorunmasına xüsusilə diqqət yetirilir. Təzəpir məscidi ətrafındakı tarixi məhəllədə görülən işlər də xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, Baş plana əsasən Təzəpir məscidi ətrafındakı tarixi məhəllə müasir şəhərsalma standartlarına uyğun abadlaşdırılacaq.


Sözügedən ərazidə dövlətin xüsusi mühafizəsində olan tarixi abidələrlə yanaşı, abidə statusu daşımayan, lakin tarixi dəyərə malik binalar da mövcuddur. Görülən işlər çərçivəsində bütün bu binaların bərpası və ümumi layihəyə inteqrasiyası nəzərdə tutulur.

Mərkəzi Parkın yenilənən siması

Məlumat üçün qeyd edək ki, Parkın ilk hissəsi 2019-cu ilin mayında istifadəyə verilib. Əvvəllər “Sovetski” kimi tanınan ərazidə yaradılan geniş yaşıllıq zonası sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb.


2022 və 2024-cü illərdə parkın ikinci və üçüncü hissələri də açılıb. Bu mərhələlərdə, açıq hava idman zonaları, uşaq meydançaları və sakit istirahət sahələri salınıb. Üstəlik, mikromobilliyin təmin olunması məqsədilə Mərkəzi Parkda velosiped zolaqları salınıb, nəqliyyat və piyadaların hərəkəti optimallaşdırılıb.

Mərkəzi Parkı daha da gözəlləşdirən digər elementlər isə yaşıllıqların artırılıb, su elementlərinin əlavə edilməsidir. Hazırda parkın ümumi sahəsi 36 hektar təşkil edir. Lakin dördüncü mərhələdə bu ərazi daha da böyüyəcək.

Şəhərin yaşıl gələcəyi

Belə ki, dördüncü mərhələdə “Nizami” metrostansiyası ətrafında yerləşən 21 hektar sahə parka əlavə ediləcək. Burada, qarışıq ağac növləri ilə sıx meşə zonasının yaradılması, böyük süni göl və onun ətrafında rekreasiya zonalarının təşkili nəzərdə tutulub.

Üstəlik, dördüncü mərhələdə idman, mədəni tədbir və uşaq oyun sahələrinin qurulması, tarixi binaların funksional şəkildə parka inteqrasiyası planlaşdırılır. Bütün bu tədbirlərin görülməsində başlıca məqsəd sakinlər üçün ekoloji cəhətdən təmiz və rahat ictimai məkanın yaradılmasıdır.


Layihə çərçivəsində insanlar üçün ictimai rahatlığın təmin olunması ilə yanaşı, uzun illərdir bu ərazidə olan köhnəlmiş və sıradan çıxmış infrastruktur tamamilə yenidən qurulacaq.

Bu isə o deməkdir ki, Mərkəzi Parkın yenilənən simasında tarixin və müasirliyin vəhdətinə xüsusi yer veriləcək. Əminliklə qeyd edə bilərik ki, layihə başa çatdıqdan sonra Mərkəzi Park paytaxt Bakının simvollarından birinə çevriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO