Sumqayıtda müştəri taksi sürücüsünü döydü

Sumqayıtda müştəri taksi sürücüsünü döydü

Hazırda oxunan: Sumqayıtda müştəri taksi sürücüsünü döydü

274143

Sumqayıtda taksi sürücüsü küçədə döyülüb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Sülh prospektində baş verib.

Sumqayıt sakini Əlifağa Cabbarov (ad və soyad şərtidir) müştəri qismində taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini Arif Məmmədovun (ad və soyad şərtidir) "Opel" markalı avtomobilinə yaxınlaşaraq, şəhərin "Aliminumzavod" adlanan ərazisinə aparmasını xahiş edib. Arif bildirib ki, o, həmin əraziyə müştərini 5 manata aparır. Əlifağa isə bir gün əvvəl eyni əraziyə 3 manata getdiyini bildirib.

Nəticədə taksi sürücüsü ilə müştəri arasında mübahisə yaranıb. Mübahisə zamanı Əlifağa Arifi yumruq və təpik zərbələri ilə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və fakta bağlı cinayət işi başlanılıb. Ə.Cabbarov saxlanılaraq izahatı alınıb və iş məhkəməyə göndərilib.
 

Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq elan olunub, dəymiş ziyan tam ödənilib.


Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO