Üç şəhidin meyitini çıxardı, özü də şəhadətə UCALDI – Müqəddəs Qədirovun qəhrəmanlıq HEKAYƏSİ – VİDEO

Üç şəhidin meyitini çıxardı, özü də şəhadətə UCALDI – Müqəddəs Qədirovun qəhrəmanlıq HEKAYƏSİ – VİDEO

Hazırda oxunan: Üç şəhidin meyitini çıxardı, özü də şəhadətə UCALDI – Müqəddəs Qədirovun qəhrəmanlıq HEKAYƏSİ – VİDEO

274129

Bu torpağın hər qarışı, hər daşı,

Cavan oğlan, qədrini bil, Vətəndi.

Aman vermə, töksün Şuşa göz yaşı.

Ağdamı, Laçını, Xocavəndi, Vətəndi.

O taydadı gözəl, nurlu məkanlar.

O taydadı gözəl çəmənli yamaclar.

Orda qalıb dağ-dərələr, ağaclar,

Cavan oğlan, qədrini bil, Vətəndi.

Qalx ayağa,Vətən səni çağırır,

İşğal olan torpaq fəryad qoparır,

Sinəsində düşmən qoyun otarır,

Cavan oğlan, qədrini bil, Vətəndi!

Bu poetik misralar Vətən Müharibəsi başlamamışdan bir neçə ay öncə xidmətdə olan bir hərbçinin qələmindən çıxıb. O misraları kağıza köçürəndə heç ağlına gəlməzdi ki, bu əlyazması bir neçə ay sonra ata evində onun şəhid otağındakı xatirə guşəsinə qoyulacaq.

Bəli, bu sətirlərin müəllifi Xaçmazın Dədəli kəndindən olan Vətən Müharibəsi şəhidi, MAXE Müqəddəs Nail oğlu Qədirovdur.

Tarixi zəfərimizə aparan Vətən Müharibəsinin 5-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə Bizim.Media-nın çəkiliş qrupu şəhidin doğulduğu Xaçmazın Dədəli kəndində olub və Müqəddəsin valideynlərilə görüşüb.

Şəhidin atası Nailin səhhətində problem olduğundan anası Zöhrə xanımla söhbətləşdik. Yeganə oğlu Müqəddəs barədə qürur və kövrəkliklə danışan ana deyir ki, oğlu hərbi xidmətdən bir müddət sonra öz istəyi ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrindən birində işə düzəlib.
 

Müharibə başlayanda 28 yaşı olan Müqəddəs Cəbrayıl və Füzulinin müdafiəsində iştirak edib. O, subay komandirini çox qoruyurmuş, deyirmiş, sən subaysan, mənim isə bir qızım var. Döyüşlərdə irəli və dik getməyi sevən xaçmazlı hərbçi neytral zonada qalan 3 şəhidin meyitini çıxarandan bir gün sonra özü də şəhid olub.


Ətraflı videosüjetdə:


Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO