Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıblar. Onlar Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu