Tərtərdə ağır qəza: 1 ölü, 1 yaralı var - FOTO

Tərtərdə ağır qəza: 1 ölü, 1 yaralı var - FOTO

Hazırda oxunan: Tərtərdə ağır qəza: 1 ölü, 1 yaralı var - FOTO

274091

Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli müxbiri xəbər verir ki, Tərtər rayon İlxıçılar kəndi ərazisindən qeydə alınan qəzada yük və minik maşınları toqquşub.

Hadisə nəticəsində minik maşınının sürücüsü, Goranboy rayon sakini 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu həyatın itirib. Yük maşının sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu isə xəsarət alıb.

Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO