Xankəndidə yarışlara qatılan gənc idmançılar Şuşanı gəzdilər - FOTO

Xankəndidə yarışlara qatılan gənc idmançılar Şuşanı gəzdilər - FOTO

Hazırda oxunan: Xankəndidə yarışlara qatılan gənc idmançılar Şuşanı gəzdilər - FOTO

274080

Bu gün III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları başa çatıb.

Mükafatlandırma mərasimindən dərhal sonra idmançılar və nümayəndə heyətlərinin üzvləri Qarabağın incisi olan qədim Şuşa şəhərinə yola düşüblər.

Bizim.Media xəbər verir ki, səfər zamanı qonaqlar şəhərin tarixi və mədəni məkanlarını - Mərkəzi Meydanını, “Xan qızı” bulağını, Şuşa qalasını, Yuxarı Gövhər Ağa məscidini və Cıdır düzünü gəziblər. Tur iştirakçılarına Azərbaycan mədəniyyətinin beşiyi, görkəmli şairlərin, musiqiçilərin və rəssamların vətəni olan Şuşanın tarixi barədə məlumat verilib. Qonaqlar şəhərin özünəməxsus ab-havasını xüsusi vurğulayıblar.

Turun sonunda iştirakçılar Şuşada xatirə fotoları çəkdiriblər. Axşam dostluq mühitində keçirilən şam yeməyi ilə davam edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO