Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? - SİYAHI

Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? - SİYAHI

Hazırda oxunan: Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? - SİYAHI

274073

Prezident İlham Əliyevin sərəncamına əsasən, 2025–2026-cı tədris ili üçün tələbə qəbulu imtahanlarında ən yüksək nəticə göstərmiş 102 gənc Prezident təqaüdünə layiq görülüb.

Bizim.Media xəbər verir ki, təqaüdün məbləği hazırda 350 manatdır.

Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

Prezident təqaüdçülərinin ən çox toplandığı ali məktəb Bakı Ali Neft Məktəbi olub. Onu Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universiteti izləyir.

Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü belədir:

Bakı Ali Neft Məktəbi – 36 nəfər

Azərbaycan Tibb Universiteti – 26 nəfər

Bakı Dövlət Universiteti – 16 nəfər

ADA Universiteti – 13 nəfər

Dövlət İdarəçilik Akademiyası – 5 nəfər

Azərbaycan Dövlət İqtisad Universiteti – 4 nəfər

Xüsusi təyinatlı ali təhsil müəssisələri – 1 nəfər

Naxçıvan Dövlət Universiteti – 1 nəfər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO