Keyfiyyətsiz yağlar, mənşəyi bilinməyən ətlər və saxta çaylar bazarlarda insanların ən çox rastlaşdığı təhlükəli məhsullar sırasındadır. Günümüzdə istehlakçılar üçün ən böyük problemlərdən biri alış-veriş zamanı hansı məhsulun keyfiyyətli, hansının isə sağlamlığa zərərli olduğunu ayırd etməkdir.
Bəs keyfiyyətli məhsulu necə seçək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, ən çox risk yaradan sahələrdən biri yağlardır:
“Onun sözlərinə görə, etiketdə “hidrogenləşdirilmiş yağ”, “trans yağ” və ya “marqarin” ifadəsi varsa, həmin məhsuldan uzaq durmaq lazımdır. Çox ucuz qiymətə satılan bitki yağlarının isə qarışdırılma ehtimalı böyükdür. Ekspert əlavə edib ki, şüşə butulkalarda və günəş işığından qorunan qablaşdırmada satılan yağlar daha etibarlı sayılır”, - deyə bildirib.
Çay seçimində də istehlakçı diqqətli olmağı tövsiyə edib. O, deyir ki, çox tünd, parlaq qara rəngli çaylar tez-tez boyaq maddəsi ilə qarışdırılır:
“Ən yaxşısı iri yarpaqlı çaydır. Toz halında olan, xüsusilə paket çaylar çox vaxt aşağı keyfiyyətli olur. Keyfiyyətli çay suda yavaş-yavaş rəng verir. Bir anda parlaq qırmızıya çevrilirsə, deməli boyalıdır”, - deyə o bildirib.
Ət məhsullarında da diqqət vacibdir...
Qida eksperti bildirib ki, təzə ətin rəngi açıq qırmızı və ya açıq çəhrayı olmalıdır. Tünd bənövşəyi, boz və ya parlaq qırmızı rəngdə olan ətlər isə şübhəlidir:
“Ətin qoxusu təbii olmalı, turş və xoşagəlməz qoxu verməməlidir. Barmaqla basıldıqda iz qalırsa və geri qayıtmırsa, bu, köhnə və ya dəfələrlə dondurulmuş ət deməkdir. Ən vacib məsələ isə baytarlıq möhürü və sertifikatın olmasıdır. Mənşəyi bilinməyən, küçə kənarında satılan ətlər ciddi təhlükə yaradır”, - deyə ekspert diqqətə çatdırıb.
Ekspert ümumi alış-veriş qaydalarına da toxunaraq bildirib ki, məhsullar etibarlı mənbədən alınmalı, etiket və sertifikat mütləq yoxlanmalıdır. Normal bazar qiymətindən çox ucuz satılan və mövsümə uyğun olmayan meyvə-tərəvəzlər də şübhəli məhsullar sırasında yer alır.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 06.10.2025
Əhaliyə XƏBƏRDARLIQ - "Bazarı keyfiyyətsiz yağlar, mənşəyi bilinməyən ətlər bürüyüb" - SENSASİON AÇIQLAMA
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ - "Bazarı keyfiyyətsiz yağlar, mənşəyi bilinməyən ətlər bürüyüb" - SENSASİON AÇIQLAMA
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ - "Bazarı keyfiyyətsiz yağlar, mənşəyi bilinməyən ətlər bürüyüb" - SENSASİON AÇIQLAMA
274061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.