Ən etibarsız avtomobillərin siyahısı AÇIQLANDI

Ən etibarsız avtomobillərin siyahısı AÇIQLANDI

Hazırda oxunan: Ən etibarsız avtomobillərin siyahısı AÇIQLANDI

274041

Britaniya nəşri WhatCar aparılan araşdırma əsasında ən etibarsız avtomobillərin siyahısını dərc edib.

Bizim.Media xəbər verir ki, məlumata görə, Böyük Britaniyada ən problemli avtomobil hazırkı nəsil Nissan Juke krossoveri olub.
 

Onun etibarlılıq göstəricisi cəmi 55,2% təşkil edib. Bu da bu il tədqiqatda iştirak edən bütün avtomobillər arasında ən aşağı nəticədir. Əsas problemlər 12 voltluq akkumulyator, mühərrik və əyləc sistemi ilə bağlıdır.


İkinci yerdə son nəsil Volkswagen Tiguan qərarlaşıb. Onun etibarlılığı 64,2% qiymətləndirilib. Bu modeldə tez-tez multimedia sistemi, əyləclər və elektronika sıradan çıxır.

Üçüncü sırada isə əvvəlki nəsil Kia Sportage dayanır. Onun etibarlılıq göstəricisi 72,9% olub. Ən geniş yayılmış nasazlıqlar – mühərrik, sürət qutusu və əyləc sistemində yaranan problemlərdir.

Siyahıya həmçinin aşağıdakı modellər də daxildir:

Mazda CX-60

Mercedes-Benz C-Class

Volvo S90

Audi Q7

Volkswagen ID.4

Hyundai Ioniq Electric

Renault Austral
 

Bundan əvvəl Toyota markasının ən etibarsız avtomobilləri açıqlanmışdı. Son 20 ilin ən problemli Toyota modeli idman kupesi GR Supra olub. Əsas nasazlıqlar əyləc köməkçi sistemi və təhlükəsizlik kəməri dartıcısında qeydə alınıb.


Həmçinin Toyota-nın ən yeni modellərindən olan bZ4X markanın ən az etibarlı avtomobili hesab olunur. Bu modeldə ən çox rast gəlinən problem isə mərkəz boltlarının keyfiyyəti ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO