Azərbaycan Prezidenti İlham Əliyevin “2025-2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında müvafiq Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 36 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.
Bizim.Media xəbər verir ki, mumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir.
BANM artıq 6-cı ildir ki, Prezident təqaüdçülərinin sayına görə liderdir. Təqaüdçülərin üçdə birindən çoxunu BANM tələbələri təşkil edir.
BANM-in Prezident təqaüdçülərindən 11 nəfəri İnformasiya təhlükəsizliyi, 8 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri Kompüter mühəndisliyi, 1 nəfəri Kompüter elmləri, 12 nəfəri isə yeni açılan Maliyyə ixtisasının tələbəsidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:57 / 05.10.2025
Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu oldu - FOTO
Hazırda oxunan: Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu oldu - FOTO
Hazırda oxunan: Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu oldu - FOTO
274017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.