44 günlük müharibədə Şəkinin ilk şəhidin anım günüdür

44 günlük müharibədə Şəkinin ilk şəhidin anım günüdür

Hazırda oxunan: 44 günlük müharibədə Şəkinin ilk şəhidin anım günüdür

274014

Elşən İbrahimov 2020-ci ilin may ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Elşən hərbi xidmətdə ikən Vətən müharibəsi başlayır.

Şanlı qələbə ilə nəticələnən 44 günlük vətən müharibəsində o, bir neçə dəfə qızğın döyüşlərə qatılıb.

Elşən oktyabrın 4-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Vətənimizin mərd oğlu doğulub boya-başa çatdığı Şəki şəhərində dəfn edilib.
 

Anım günündə şəhid ailə üzvləri, qazilər eləcə də Şəki ictimaiyyətinin nümayəndələri onun məzarı başına yığılıb, xatirələrini bölüşüb, şəhidlərin ruhuna dualar oxunub.


Qeyd edək ki, Elşən 2019-cu ildə Şəki şəhəri 11 nömrəli tam orta məktəbdən məzun olub. Orta məktəbi bitirdikdən sonra Bakı Sosial İqtisad Kollecində bank işi ixtisasına qəbul olunsa da daha sonra təhsil ocağını dəyişərək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecində təhsilini davam etdirib.

Döyüşlərdəki fədakarlığına görə şəhid Elşən İbrahimov ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO