Makiyaj sağlamlığa zərər vura bilər - 5 RİSK

Makiyaj sağlamlığa zərər vura bilər - 5 RİSK

Hazırda oxunan: Makiyaj sağlamlığa zərər vura bilər - 5 RİSK

273927

Makiyaj yalnız gözəlliyi vurğulamaq üçün deyil bəzi hallarda sağlamlıq üçün təhlükə də yarada bilər.

Bizim.Media bu 5 riski təqdim edir:

1. Ağıryüklü metallarla çirklənmə

Kosmetik vasitələr bəzən arsen, xrom, qurğuşun, kadmium və civə ilə çirklənmiş ola bilər. Bu maddələr - dəri vasitəsilə sorula bilər, böyrək funksiyalarını poza bilər, reproduktiv və koqnitiv pozğunluqlara, hətta xərçəng riskinin artmasına səbəb ola bilər. Hətta kiçik, lakin mütəmadi təsir də sağlamlığa mənfi təsir göstərə bilər.

2. Kosmetik akne

Tonallı krem, rumyana, konsiler, həmçinin bəzi saç və dəri məhsulları kosmetik akne yarada bilər. Bu səpkilər - kiçik komedonlar və sızanaqlarla özünü göstərir, hormonal dövrlərlə əlaqəli deyil.

Müalicə üsulu problemli məhsulları dayandırmaq və dermatoloqun məsləhət gördüyü xüsusi müalicədən keçməkdir.

3. Allergik reaksiyalar

Kosmetik vasitələr kontakt allergik dermatit, fotoallergik dermatit və kontakt qızartı yarada bilər. Ən çox allergiya yaradan komponentlər ətirlər və konservantlardır.

Simptomlar:

qızartı, qaşınma, iltihab (1-3 gün ərzində),

günəş işığı ilə təmasda reaksiya,

sürətli yaranan səpgilər və ürtiker.

Diaqnoz üçün patç-testlər tövsiyə olunur.

4. Mikrob çirklənməsi və infeksiyalar

Makiyaj fırçaları və süngərləri stafilokok, göbələk, E. coli kimi patogenlər toplaya bilər, akne, dəri qıcıqlanması, abseslər yaradar, sistemli infeksiyalar, göz problemlərinə (arpacıq, konjonktivit, buynuz qişada cızıqlar) səbəb ola bilər. Belə ki, alətlər mütəmadi təmizlənmədikdə risk daha da artır.

5. Hormonal balansın pozulması

Kosmetik vasitələrdəki bəzi maddələr endokrin sistemi pozur. Bunlara daxildir: triklozan, parabenlər, ftalatlar.

Bu maddələr metabolik problemlər, reproduktiv pozğunluqlar və immun sistemində dəyişikliklərlə əlaqələndirilir. Makiyaj seçərkən sertifikatlı və təhlükəsiz məhsullara üstünlük vermək, alətləri mütəmadi dezinfeksiya etmək və məhsulların istifadə müddətinə diqqət etmək vacibdir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO