Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb ETDİ - 9 il HƏBS verildi

Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb ETDİ - 9 il HƏBS verildi

Hazırda oxunan: Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb ETDİ - 9 il HƏBS verildi

273917

Azərbaycanlı qadınları aldadaraq Türkiyəyə aparan və orada insan alverinə məruz qoyan Mingəçevir şəhər sakini 35 yaşlı Dəniz Məmmədovaya hökm oxunub.

Bizim.Media Qafqazinfo.аz-a istinadən  xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

Bildirilib ki, Dəniz Azərbaycanda tanış olduğu 2 gənc xanımı Türkiyədə işləmək vədi ilə qonşu ölkəyə aparıb. Lakin o, təyyarə ilə Türkiyəyə gedən hər iki qadının sənədlərini aldadaraq alıb və onları Çanakkale və Yalova şəhərlərində bir neçə gün məcburi şəkildə fahişəliyə cəlb edib.
   

Daha sonra həmin qadınlar yaşadıqları yeri tərk edərək Azərbaycana qayıtmağı bacarıblar. Onlar buraya gələrək Dənizin əməlləri barədə polisə şikayət ediblər. D.Məmmədova ötən ilin dekabrında hava limanı ərazisində polis tərəfindən saxlanılıb.


Məhkəmənin 29 sentyabr tarixli hökmü ilə Dəniz Məmmədovaya 9 il həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO