"Səhiyyə naziri Teymur Musayevin rəhbərliyi ilə İşçi qrupu yaradılıb. Biz hazırda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu olaraq vərəm xəstəlikləri üzrə milli strateji plan üzərində işləməklə məşğuluq".
Bizim.Media "Trend"ə istinadla xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən təşkil edilən "Dünya ağciyər sağlamlığı günü"nə həsr edilmiş Beynəlxalq elmi-praktiki konfransda qurumun direktoru İradə Axundova deyib.
O qeyd edib ki, vərəm xəstəlikləri üzrə milli strategiya ilə bağlı işlər 2026-2030-cu illəri əhatə edəcək.
"Milli Məclisin Səhiyyə komitəsi vərəm xəstəlikləri ilə bağlı dinləmələr planlaşdırır. Bu istiqamətdə çətinliklərimiz, problemlərimiz yüksək səviyyədə həllini tapa bilər. Milli strateji plan hazırlanarkən Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələri, beynəlxalq təcrübəsi nəzərə alınıb", - deyə direktor əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:34 / 04.10.2025
Vərəm xəstəlikləri üzrə milli strateji plan hazırlanır
Hazırda oxunan: Vərəm xəstəlikləri üzrə milli strateji plan hazırlanır
Hazırda oxunan: Vərəm xəstəlikləri üzrə milli strateji plan hazırlanır
273912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.