Bakıda belinə banka qoyulan qadın həyatını itirib

Bakıda belinə banka qoyulan qadın həyatını itirib

Hazırda oxunan: Bakıda belinə banka qoyulan qadın həyatını itirib

273892

Bakıda belinə banka qoyulan qadın yanıb.

Bizim.Media Report-a istinadən xəbər verir ki, bu il fevralın 8-də Elnarə Əliyeva qonşusu və Sədərək Ticarət Mərkəzində birlikdə işlədiyi Sədaqət Nəbiyevanın soyuqlaması səbəbindən belinə banka qoyub.
 

Elnarə Əliyeva bankanı diqqətsiz saxladığından əlindən sürüşərək içindəki etil spirti Sədaqət Nəbiyevanın bel və kürək nahiyələrinə tökülüb. Bu zaman qadın yanmağa başlayıb.


Bədənin 30-35 faizi yanıq xəsarətləri alan qadın hadisədən 15 gün sonra ölüb.

Faktla bağlı Elnarə Əliyevaya Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqda adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Səbail rayon Məhkəməsinin hökmü ilə Elnarə Əliyeva barəsində 3 il azadlığın məhdudlaşdırması cəzasına məhkum edilib. O, 3 il ərzində elektron qolbaq daşıyacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO