"Sünbül" bağçasında BİABIRÇI OLAY – Müəllimə jurnalistləri görüb ayaqyolunun pəncərəsindən QAÇDI - VİDEO

"Sünbül" bağçasında BİABIRÇI OLAY – Müəllimə jurnalistləri görüb ayaqyolunun pəncərəsindən QAÇDI - VİDEO

Hazırda oxunan: "Sünbül" bağçasında BİABIRÇI OLAY – Müəllimə jurnalistləri görüb ayaqyolunun pəncərəsindən QAÇDI - VİDEO

273889

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Sünbül” körpələr evi-uşaq bağçasında müəllimə ilə valideyn arasında yaranan mübahisə gözlənilməz hadisə ilə nəticələnib.

Bizim.Media xəbər verir ki, məsələni işıqlandırmaq üçün bağçaya gələn Xəzər Xəbər-in çəkiliş qrupu qeyri-adi bir vəziyyətlə qarşılaşıb.

Məlumatlara görə, bağçanın Leyla adlı müəlliməsi valideyn Şəhla Zamanlı ilə (ad şərtidir) salfet məsələsi üstündə mübahisə edib. Valideynin iddiasına görə, müəllimə digər uşaqlardan pul yığdığını etiraf edib və hətta valideyni övladı ilə hədələyib. Şəhla Zamanlı, həmçinin bağçada uşaqlara verilən yeməyin də keyfiyyətsiz olduğunu iddia edib.
 

Hadisəni yerində işıqlandırmaq üçün bağçaya gələn jurnalist qrupunu görən Leyla müəllimə əvvəlcə özünü ayaqyolunun içərisində kilidləyib. Ardınca isə çıxış yolu tapa bilməyərək tualetin pəncərəsindən hoppanaraq ərazini tərk edib.


Faktla bağlı araşdırmalara başlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO