Ləzə kəndində palçıq seli təhlükəsi ARADAN QALXDI - Hərəkət bərpa olundu – VİDEO

Ləzə kəndində palçıq seli təhlükəsi ARADAN QALXDI - Hərəkət bərpa olundu – VİDEO

Hazırda oxunan: Ləzə kəndində palçıq seli təhlükəsi ARADAN QALXDI - Hərəkət bərpa olundu – VİDEO

273874

Qusarın Ləzə kəndində palçıq seli ilə bağlı müşahidə olunan kritik vəziyyət artıq sabitləşib.

Bizim.Media-ya sakinlər bu barədə məlumat veriblər. Bildiriblər ki, iki gün öncə palçıq layı yenidən gəldi, dərhal ərazidə növbə çəkən texnika vasitəsi ilə axının qarşısı alındı.
 

Kənd sakini Xalid Əzizov saytımıza açıqlamasında bildirib ki, Ləzə kəndini 2 yerə bölən Ləzəçayda təmizlik aparılandan sonra yol da açılıb. Artıq sakinlər həm piyada, həm də nəqliyyat vasitəsi ilə kənddaxili normal hərəkət edə bilirlər.


Qeyd edək ki, Qusarın Ləzə kəndində sentyabrın 22-dən baş verən palçıq seli təhlükəsini ilk olaraq Bizim.Media ictimailəşdirmişdi.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO