“Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu KEÇİRİLDİ - FOTO

“Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: “Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu KEÇİRİLDİ - FOTO

273822

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu öz işinə başlayıb.

Kompleksin mətbuat katibi Abutalib Turabovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə keçirilən simpoziumda Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar Mədəniyyət işçisi, dosent Sədaqət xanım Əliyeva, yerli idarə-müəssisə rəhbərləri, ölkədə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, ziyalılar, həmçinin gənc fəallar iştirak ediblər.
 

Azərbaycan Rəssamlar İttifaqının üzvü Sahib Quliyev və Vüqar Quliyevin əsərlərindən ibarət sərgi ilə tanışlıqdan sonra simpozium öz işinə başlayıb. Rəsmi hissə bitdikdən sonra gün ərzində davam edən bölmə iclaslarında müxtəlif mövzular ətrafında elmi müzakirələr aparılıb.


Qeyd edək ki, Simpozium çərçivəsində 80-ə yaxın elmi məqalə təqdim edilib, 100-dən çox iştirakçı qatılıb və simpoziumun materiallar toplusu hazırlanıb.
 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO