Bakıda piyada səkisini zəbt edən qurğular SÖKÜLDÜ

Bakıda piyada səkisini zəbt edən qurğular SÖKÜLDÜ

Hazırda oxunan: Bakıda piyada səkisini zəbt edən qurğular SÖKÜLDÜ

273817

Bakının Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində ictimai iaşə obyektlərinin qarşısında sakinlərin sərbəst hərəkətinə mane olan dibçəklər və günlüklər sökülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
 

Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında ərazidə baxış keçirilib. Yoxlama zamanı piyada səkisində quraşdırılan qurğuların piyadaların təhlükəsiz və maneəsiz hərəkətinə ciddi çətinlik yaratdığı müəyyən olunub.



Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə həmin dibçəklər və günlüklər yığışdırılıb, səkilər əvvəlki vəziyyətinə qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO