Boşanmış ailələr artdıqca aliment davası da artır. Alimentin təyini ilə bağlı cəmiyyətdə ən çox müzakirə olunan suallardan biri isə budur: əgər aliment atanın gəlirinə əsasən hesablanmalıdırsa, bəs niyə bir çox hallarda 250 manat orta məbləğ müəyyən edilir? Hər halda adi maaşla işləyən biri ilə iş adamının ödəmə imkanları eyni deyil. Bu yanaşmanın ədalətliliyi məsələsi insanlar arasında narazılığa səbəb olur.
Ümumiyyətlə, aliment nəyə əsasən və necə təyin edilir?
Məsələyə aydınlıq gətirən vəkil Cavid Yolçuyev Bizim.Media-ya bildirdi ki, əslində sabit məbləğ gəliri sənədləşdirilməyən və ya rəsmi olaraq bəlli olmayan hallarda tətbiq olunur. Yəni, alimentin maaşa görə hesablanması mümkün olmadıqda, məhkəmə orta yaşayış minimumunu və uşağın ehtiyaclarını nəzərə alaraq sabit məbləğ müəyyən edir.
“Qanunvericiliyə görə, aliment maaşa əsasən 1 uşaq üçün – aylıq gəlirin 1/4, 2 uşaq üçün 1/3, 3 və daha çox uşaq üçün – 1/2 hissəsi təyin olunur. Bu zaman işçinin rəsmi maaşı varsa, aliment onun gəlirinə uyğun hesablanır. Məsələn, ata 800 manat maaş alırsa 1 uşaq üçün 200 manat ödəyəcək. İş adamlarının gəliri qeyri-sabit və ya qeyri-rəsmi ola bilər. Bu halda, gəlir məlum olmadığından sabit məbləğ təyin olunur. Burada orta yaşayış səviyyəsi nəzərə alınır”.
Vəkil bildirir ki, ədalətlilik baxımından doğru olması üçün gəliri dəqiq bilmək lazımdır ki, alternativ üsul kimi orta məbləğ təyin olunmasın:
“Ədalətli olmaq üçün, hər kəs rəsmi gəlirini açıqlasa, aliment fərdi olaraq daha düzgün təyin edilər” – deyə o, vurğuladı.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:00 / 04.10.2025
Aliment ədalətsizliyi – Fəhlə ilə sahibkar niyə eyni məbləğdə aliment ödəyir?!
Hazırda oxunan: Aliment ədalətsizliyi – Fəhlə ilə sahibkar niyə eyni məbləğdə aliment ödəyir?!
Hazırda oxunan: Aliment ədalətsizliyi – Fəhlə ilə sahibkar niyə eyni məbləğdə aliment ödəyir?!
273809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.