Bakıda hərəkətdə olan avtomobilin içərisində bir qadın şiddətə məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, sözügedən qadın hərəkətdə olan maşının qapısının açıb kömək istəyib. Ətrafda olan sürücülər həmin avtomobili sıxışdıraraq hərəkətinə mane olublar. Görüntülərdən belə aydın olur ki, bir neçə şəxs xanıma kömək etmək üçün hadisə yerinə yaxınlaşır.
Paylaşılan görüntülərlə bağlı polis tərəfindən araşdırma aparılır.
Həmin kadrları təqdim edirik:
Bizim.Media