Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.
Bərdə-İstisu avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4.1 kilometrlik hissəsində frezlənmə işləri aparılıb. Sözügedən işlərin davamı olaraq əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsində aparılan təmir-bərpa işlərinin ardınca isə respublika əhəmiyyətli digər yolun, Tərtər-Hindarx avtomobil yolunun təmiri işlərinə başlanılıb.
Yerli əhəmiyyətli Kovdadıq - Rəcəbli, Seydimli və Düyərli yolları eyni zamanda Buruc-Gülabatlı və Bəyim-Sarov avtomobil yolları təmir olunub. Növbəti mərhələ olaraq isə Qaraqoyunlu–Küçərli avtomobil yolunun təmiri həyata keçiriləcək.
Ardıcıl olaraq Tərtər rayonunun intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində zərər görmüş şəhərdaxili Şah İsmayıl Xətai, Elman Səfərov, Şıxəli Qurbanov, Mübariz İbrahimov və Famil Qulami küçələrində də təmir-bərpa işləri yekunlaşdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 05.07.2021
Vətən müharibəsində dağılan yollar bərpa olunur - FOTO
Hazırda oxunan: Vətən müharibəsində dağılan yollar bərpa olunur - FOTO
Hazırda oxunan: Vətən müharibəsində dağılan yollar bərpa olunur - FOTO
27378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.