Biləsuvardakı dəhşətli qəzanın TƏFƏRRÜATI

Biləsuvardakı dəhşətli qəzanın TƏFƏRRÜATI

Hazırda oxunan: Biləsuvardakı dəhşətli qəzanın TƏFƏRRÜATI

273777

Xəbər verdiyimiz kimi, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bəhrəmtəpə istiqamətinə hərəkət edən və cücə daşıyan “VAZ 2107” markalı avtomobil Biləsuvar istiqamətinə hərəkət edən “Mercedes” markalı minik avtomobili ilə toqquşub. 

Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobil zərbənin təsirindən yol kənarına düşüb. “Mercedes” isə fiziki deformasiyaya uğrayıb. 
 

“VAZ 2107” markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Cəlilabad rayonunun Sabirabad kənd sakini Abışov Mahir Ədalətoğlu isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.


“Mercedes”də olan bir ailənin üzvləri - sürücü, onun həyat yoldaşı və iki azyaşlı övladı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisənin baş vermə səbəbləri hazırda müvafiq qurumlar tərəfindən araşdırılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO