Bakının mərkəzinə yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat artıb.
Bizim.Media xəbər verir ki, Qiymətləndiricilər Palatasının məlumatına görə, torpaq qiymətlərində son dövrdə 15-20 faiz artım qeydə alınıb.
Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində artım olub. Onun sözlərinə görə, bəzi yerlərdən artım daha yüksəkdir.
Ekspertin sözlərinə görə, şəhərin mərkəzinə yaxın torpaq sahələri məhdud olduğu üçün bu ərazilərdə də qiymətlərdə yüksək artım var.
Ekspert bildirir ki, Sumqayıt və Xırdalan şəhərlərində torpaq qiymətləri son 1 ildə 10-12 faiz arasında artıb. Ən az artım isə kənd təsərrüfatı torpaqlarında qeydə alınıb. (Xezerxeber.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:59 / 03.10.2025
Sənədli torpaq sahələri bahalaşır
Hazırda oxunan: Sənədli torpaq sahələri bahalaşır
Hazırda oxunan: Sənədli torpaq sahələri bahalaşır
273761
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.