“Ukrayna Avropa İttifaqına üzv olacağı təqdirdə, Macarıstan da Rusiya ilə müharibəyə cəlb olunacaq”.
Bizim.Media xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiosuna müsahibəsində bildirib.
Orban qeyd edib ki, Ukraynanın taleyi Rusiyanın qonşuluğunda yaşamaq və daim ruslarla müharibə aparmaqdan ibarətdir.
“Biz bunu dəyişə bilmərik. Amma əgər biz ukraynalılarla federativ quruluşda birləşsək, deməli, biz də ruslarla vuruşacağıq”, – deyə baş nazir vurğulayıb.
Macarıstan hökumət başçısı əlavə edib ki, hər bir xalq digər dövlətlərlə ittifaqa qoşulmaq məsələsində müstəqil qərar verməlidir.
Onun sözlərinə görə, bu məsələdə 26 digər üzv ölkənin fikri deyil, yalnız Macarıstanın mövqeyi əhəmiyyət kəsb edir. O, ölkədə aparılan sorğuya istinad edərək, əhalinin əksəriyyətinin Ukraynanın Aİ-yə daxil olmasına qarşı olduğunu bildirib. Orban həmçinin xatırladıb ki, apreldə keçirilən referendumda iştirak edənlərin 95%-i Kiyevin üzvlüyünə etiraz edib.
“Ukraynanın çox ağır taleyi var. Niyə biz bu ağır taleyi paylaşmalıyıq?” – deyə Orban sual edib.
Baş nazirin sözlərinə görə, Avropanın hərbi strategiyası yanlış təsəvvürə əsaslanır: guya Rusiya resurslarını tezliklə tükəndirəcək və bu, Aİ-dən daha əvvəl baş verəcək. Orban bunu “illüziya” adlandıraraq, belə mövqenin maliyyə baxımından da əsassız olduğunu vurğulayıb.
O, dəfələrlə bəyan edib ki, Budapeşt Ukraynanın Aİ və NATO-ya üzvlüyünə qarşı çıxır. Orbanın fikrincə, bu, Avropada “sonsuz müharibəyə” gətirib çıxaracaq, Aİ ölkələrinin vergi ödəyiciləri isə onilliklərlə Ukraynanın milyonluq ordusunu maliyyələşdirməyə məcbur olacaq, nəticədə Macarıstan iqtisadiyyatı dağıdılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:35 / 03.10.2025
Orbandan qorxunc XƏBƏRDARLIQ – “Macarıstan Rusiya ilə müharibəyə cəlb olunacaq”
Hazırda oxunan: Orbandan qorxunc XƏBƏRDARLIQ – “Macarıstan Rusiya ilə müharibəyə cəlb olunacaq”
Hazırda oxunan: Orbandan qorxunc XƏBƏRDARLIQ – “Macarıstan Rusiya ilə müharibəyə cəlb olunacaq”
273741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.