“Astaranın Sım kəndinə son iki ildə iyun, iyul və avqustda hər ay 2 mindən çox turist gəlir”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, infrastrukturun qurulması turist sayına təsir göstərib:
"2017-2019-cu illərdə il ərzində minə yaxın turist gəlirdi, indi isə turist sayı artıb".
Şöbə müdiri hazırda iki layihənin icra olunduğunu qeyd edib:
"Cari ildə Dövlət Turizm Agentliyinin qrant müsabiqəsi nəticəsində iki layihə icra olunur. Biri arıçılıq təsərrüfatının inkişaf etdirilməsi, digəri kənddə olan bəzi infrastrukturların yaradılmasıdır. Satış köşkü hazırlanır, üstəlik açıq hava muzeyi var və onun gələcəkdə binasının hazırlanması nəzərdə tutulub. Bundan əlavə, piknik ərazilərinin düzəldilməsi planlaşdırılır".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:54 / 03.10.2025
Astaranın bu kəndinə yayda hər ay 2 mindən çox TURİST GƏLİR
Hazırda oxunan: Astaranın bu kəndinə yayda hər ay 2 mindən çox TURİST GƏLİR
Hazırda oxunan: Astaranın bu kəndinə yayda hər ay 2 mindən çox TURİST GƏLİR
273736
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.