Aytac Əlisultanlı yüksək vəzifəyə TƏYİN EDİLDİ

Aytac Əlisultanlı yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Aytac Əlisultanlı yüksək vəzifəyə TƏYİN EDİLDİ

273734

“İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinə yeni üzv təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “İçərişəhər” Qoruq İdarəsi məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə Aytac Əlisultanlı təyinat alıb.

Aytac Əlisultanlı peşəkar fəaliyyətinə müxtəlif özəl şirkətlərdə başlayıb, bir müddət "Pasha Construction" şirkətində memar olaraq çalışıb.
 

2021-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəhbər vəzifələrdə çalışıb, 3-cü və daha sonra 2-ci dərəcəli dövlət qulluqçusu olub.


O, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin və UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) üzvüdür.

2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatı ilə təltif olunub.

2025-ci ilin aprel ayından etibarən Aytac Əlisultanlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzində direktor müavini, daha sonra isə direktor vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO