SOCAR rəsmisindən sosial-şəbəkə “qəhrəmanlarına” CAVAB 

SOCAR rəsmisindən sosial-şəbəkə “qəhrəmanlarına” CAVAB 

Hazırda oxunan: SOCAR rəsmisindən sosial-şəbəkə “qəhrəmanlarına” CAVAB 

27373

“Dünən mənə vulkan fərziyyəsinə görə sosial şəbəkələrdə "coğrafiyadan 2 alıb" kimi qeybət-böhtanlar yağdıran əziz dostlara salam olsun”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov yazıb. 

“Mən orta məktəbi də, ali məktəblərimi də əla qiymətlərlə bitirdiyimə görə bu cür iddiaları sadəcə təbəssümlə qarşıladım. Kaş bunu yazanların da geologiyadan anlayışı olaydı... 

Bunu da gördüm ki, iş görmək tənqid etməkdən çətindir. Mən də sizin yerinizdə olsam, yazıq mətbuat katiblərini elə rahat tənqid edə bilərəm ki. Məsələn, yarım saat ərzində məlumat verirsə, niyə 15 dəqiqə ərzində bunu etmir? 15 dəqiqə sonra məlumat verirsə, niyə 5 dəqiqə ərzində çatdırmır?

"Bizdə qəza baş verməyib" deyirsə, niyə gecə vaxtı üzə-üzə gedib dənizin ortasında özü səbəbini dəqiqləşdirib 10 dəqiqə ərzində ictimaiyyətə demir və s.  

Başa düşürəm ki, bəzən ürəyinizdən tikan çıxsın deyə, hirsinizi sadəcə gördüyünüz adamın üzərində çıxmalısınız. Olsun. Allah sizi qorusun və işinizi avand eləsin”, deyə o, qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO