Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 2020-ci il 3 oktyabr şəhidlərini təqdim edir.
Amid Heydərov
1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub.
Azərbaycan Ordusunun mayoru olan Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Heydərov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Amid Heydərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Bundan əlavə, Amid Heydərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
İki övladı yadigar qalıb.
Anar Cəfərov
19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olub. 1984-cü ildə Ağcabədi şəhər 7 saylı şəhər tam orta məktəbinə daxil olub. Təhsilini Ağcabədi şəhər 12 saylı tam orta məktəbində davam etdirib. Məktəbi bitirdikdən sonra sürücü olaraq çalışıb. Həmçinin, şəxsi təsərrüfatla məşğul olub.
Anar Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib. Xüsusi hərbi kurs bitirərək "Həmlə" Taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilib. Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 20 yanvar 2017-ci ildə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini tuşlayıcı minaatan olaraq davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Anar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində - Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Anar Cəfərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonu, Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Ailəli idi, Rəhman və Eyvaz adlı övladları yadigar qalıb.
Əlnur Gülalıyev
25 dekabr 1997-ci ildə İmişli rayonunun Xəlfəli kəndində dünyaya göz açıb. Orta təhsilini şəhid Qabil Mərdalıyev adına İmişli rayon Xəlfəli kənd tam orta məktəbində alıb. Əlnur Gülalıyev orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Əlnur Gülalıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Əlnur Gülalıyev 3 oktyabr 2020-ci ildə Füzulidə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əlnur Gülalıyev ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Ramil Musayev
1991-ci ildə İsmayıllı rayonu Aşağıbaş kəndində anadan olub. R. Musayev Vətən müharibəsində xüsusi Təyinatlı dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib, 03 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Ramil Musayev doğulduğu İsmayıllı şəhərində torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “ Füzulinin azad olunmasına” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ramil Musayevin 3 mart 2021-ci il tarixində öz adını daşıyan oğul övladı dünyaya gəlib. Şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə yadigarı olan övladına verilib.
Cəlal Vəzirov
5 dekabr 1993-cü ildə Beyləqan rayonunun Qaralılar kəndində anadan olub.
Cəlal Vəzirov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət hərbi xidmət edib. Hərbi xidmət müddətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərib.
Azərbaycan Ordusunun əsgəri olan Cəlal Vəzirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Cəlal Vəzirov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Bundan əlavə, Cəlal Vəzirov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
İbrahim Sadıqlı
1993-cü il iyunun 28-də Bakı şəhərində anadan olub. İbrahim Sadıqlı 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan İbrahim Sadıqlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Sadıqlı oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Bundan əlavə, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Anar Heydərov
1 iyun 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Anar Heydərov 2006-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit idi. 2016-cı ilin Aprel döyüşlərində Anar Heydərov da yaxından iştirak edib.
Azərbaycan Ordusunun kapitanı olan Anar Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Anar Heydərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Heydərov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalı və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Xəzər Bayramov
14 noyabr 1997-ci ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 2004-2015-ci illərdə Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəbində təhsil alıb. Xəzər Bayramov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. O, tank heyətində xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Xəzər Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tuşlayıcı olaraq iştirak edib. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. Xəzər Bayramov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu Ağcabədi rayonunun Qaravəlli kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəzər Bayramov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə”, “İgidliyə görə" medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Türkay Hüseynli
1990-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Türkay Hüseynli oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. İkinci fəxri xiyabanda General Polad Həşimovla eyni sırada dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Pərviz Novruzov
2 fevral 2002-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olub. 2008-2019-cu illərdə Ərəbxana kənd Şəhid Mərdan Quliyev adına tam orta məktəbində təhsil alıb. 2019-ci ildə Şamaxı Dövlət Regional Kollecinə daxil olmuş, 1-ci kursun 1-ci yarısını bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Pərviz Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsiində iştirak edib. O, 3 oktyabr Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Vəfadar Quluzadə
19.08.2001 -ci ildə Beyləqan rayonu Bünyadlı kəndində anadan olub. 2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil alıb.
2019-cu ildə həqiqi hərbi xidmətdə olub. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən “N” saylı hərbi hissələrdə xidmət edib. Bir il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətin davam etdirib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib, Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunmasına görə”, "Suqovuşanın" azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:40 / 03.10.2025
Beş il öncə bu gün – 3 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR
Hazırda oxunan: Beş il öncə bu gün – 3 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR
Hazırda oxunan: Beş il öncə bu gün – 3 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR
273729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.