Avtobuslarda gediş haqqının artmasından sonra taksilərin də qiymətlərində dəyişiklik müşahidə olunur. Bildirilir ki, əvvəllər 1 manatla xidmət göstərən sürücülər indi ödənişi 2 manata qaldırıblar.
Bu hal nə dərəcədə əsaslıdır?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynovanın sözlərinə görə, avtobus və metroda gediş haqqının qaldırılması xidməti keyfiyyətin artırılması ilə əlaqədardır:
“Bu halda yeni komfortlu avtobuslar və ya vaqon alınır. Taksidə hansı keyfiyyət göstəricisi artırılır ki, qiymət artımına qismən də olsa, haqq verək? Əslində süni artım gözlənilən idi. Belə ki, ictimai nəqliyyat 60 qəpik olubsa, 1 manatlıq taksi ilə aradakı fərq azalır. Vətəndaşlar yaranan sıxlıq, ayaqüstü gediş, yorucu tıxacları nəzərə alaraq 1 manatlıq taksilərə üstünlük verirlər. Lakin bu da məntiqi izah deyil”.
İqtisadçı bildirib ki, belə neqativ hallar monitorinqlərin olmamasına görədir:
“Ciddi nəzarət, yoxlamalar, sərt cəzalar olsa, bu kimi hallar yaşanmaz. Ümumiyyətlə, heç belə maşınların qeydiyyatı da yoxdur. Nə post cihazı var, nə qeydiyyat, nə də sürücünün kim olduğu bəllidir. Bu sahədə çatışmazlıq olduqca çoxdur. İlk növbədə sabit tarif olmalı, post cihazı təqdim edilməli, sürücünün sağlamlıq və məhkumluq haqqında arayışı tələb edilməli, sistemdə qeydiyyatı aparılmalıdır”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:44 / 03.10.2025
Bakıda bu xidmət də iki dəfə bahalaşdı – Yeni qiymət
Hazırda oxunan: Bakıda bu xidmət də iki dəfə bahalaşdı – Yeni qiymət
Hazırda oxunan: Bakıda bu xidmət də iki dəfə bahalaşdı – Yeni qiymət
273684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.