Sumqayıtda 16 yaşlı oğlan BIÇAQLANDI - Həmyaşıdı saxlanıldı

Sumqayıtda 16 yaşlı oğlan BIÇAQLANDI - Həmyaşıdı saxlanıldı

Hazırda oxunan: Sumqayıtda 16 yaşlı oğlan BIÇAQLANDI - Həmyaşıdı saxlanıldı

273640

Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
 

Şəhər sakini, 2009-cu il təvəllüdlü Fərzəliyev Məhəmməd Nazim oğlu aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı – 2009-cu il təvəllüdlü Niftəlizadə Elcan Anar oğluna bıçaqla xəsarət yetirib.


Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Uşaq Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Başın tüklü hissəsinin, bədənin dəqiqləşdirilməmiş nahiyəsinin, göz qapağı və gözyuvası yanı nahiyənin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO