Təhlükəli çaylarla bağlı AQTA araşdırmalara BAŞLADI

Təhlükəli çaylarla bağlı AQTA araşdırmalara BAŞLADI

Hazırda oxunan: Təhlükəli çaylarla bağlı AQTA araşdırmalara BAŞLADI

273634

Xəbər verdiyimiz kimi məşhur çay markaları olan “Tess”, “Greenfield” və “Zolotaya Çaşa”nın təhlükəsizliyi ilə bağlı ciddi şübhələr yaranıb. Rusiya Federasiyasının nəzarət orqanları bu çaylarda sağlamlıq üçün zərərli sayılan pestisidlərin normadan artıq olduğunu aşkar edib. Nəticədə, 111 tonadək çay məhsulu ölkə üzrə satışdan yığışdırılıb. Həmin brendlərin müxtəlif çeşidləri Azərbaycanda da geniş şəkildə satışdadır.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmalara başlayıb.

“Bəzi media səhifələrində Rusiya Federasiyasında istehsal olunan bir çox çaylarda təhlükəli kimyəvi maddələrin tapılması barədə məlumatlar yayılıb.
 

Onlardan ölkəmizə idxal olunan çaylardan - "Greenfield" və "Tess" çay çeşidlərindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən riskəsaslı yanaşma tətbiq edilməklə nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.


Araşdırmalar davam edir”, - AQTA-dan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO